Ermənistan Azərbaycanda keçiriləcək Forumda iştirak etməyəcək

media-hightechnic-468x90

загруженное (2)“Sabah Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə Qlobal Forumda Ermənistan iştirak etməyəcək”.

Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirilən mətbuat konfransında deyib.

O tədbirlə bağlı Ermənistana dəvət göndərildiyini bildirib: “Tədbir BMT tərəfindən təşkil olunduğu üçün ölkələri də onlar dəvət edirlər. BMT 194 ölkəyə, o cümlədən Ermənistana da dəvət göndərib. Tədbirdə 156 ölkə iştirak edəcək, Ermənistan da iştirak etməyən ölkələr sırasındadır”.

Nazir müavini BMT baş katibi Pan Gi Munun da forumda iştirak etməyəcəyini bildirib.

Onun sözlərinə görə, “Ebola” və digər problemlərlə bağlı BMT-nin iş qrafiki bir qədər gərginlik: “Lakin BMT baş katibinin forum iştirakçılarına video müraciəti olacaq, həmçinin BMT təmsilçiləri də tədbirdə iştirak edəcəklər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600