!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan Azərbaycanın BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxır”

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 10 iyul 2020-ci il tarixindən rəsmi olaraq öz işinə başlayıb.⁹

Həmin müddətdən etibarən ilk olaraq xüsusi sessiyanın prosedur tipli məsələləri müzakirə edilmiş və artıq bəzi qərarlar qəbul edilib.

BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır (Türkiyə) 14 sentyabr 2020-ci il tarixində həmçinin xüsusi sessiyanın da prezidenti seçilmişdir. Onunla yanaşı xüsusi sessiyanın digər rəsmiləri də seçilib.

Mövcud təcrübəyə əsasən adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan öz çirkin niyyətini bir daha ortaya qoyaraq V.Bozkırın xüsusi sessiyanın sədri seçilməsi məsələsini səsverməyə çıxarıb. Daha öncə Ermənistan V.Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsi məsələsini də səsverməyə çıxarmış və məğlub olmuşdur. İndi də Ermənistan növbəti dəfə məğlubiyyətə uğramışdır. Nəticədə böyük səs çoxluğu ilə V.Bozkır xüsusi sessiyanın prezidenti vəzifəsinə seçilib.

Hazırda Nyu-Yorkda xüsusi sessiyanın keçirilmə qaydaları və təşkilatı məsələlərinə dair qətnamə layihəsi ilə bağlı BMT üzv dövlətləri arasında qızğın müzakirələr davam edir. Qətnamə layihəsində xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin ilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunub. Lakin yekun tarix dövlətlər arasında gedən müzakirələrin nəticəsindən asılı olacaq.

Ermənistan bu məsələdə də öz çirkin siyasətini yürütməklə Azərbaycana qarşı çıxmaq və xüsusi sessiyanın çəkisini azaltmaq üçün qaydalara dair qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir.

Bütün dünya öz diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla məşğuldur. Əlbəttə beynəlxalq ictimaiyyət, BMT üzv dövlətləri də bunu yaxşı başa düşür. Bu yalnız istehza doğurur və nəticədə Ermənistan özünü növbəti dəfə çox gülünc bir vəziyyətə qoymuş olur.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv