!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Baş nazirinin "müsbət" çıxışı: "Paşinyan daxili auditoriyanı sakitləşdirmək məqsədilə..."

!Reklam – Yazi

“Baş verən proseslərə görə daxili auditoriyanı sakitləşdirmək məqsədilə Paşinyan belə bəyanatlar verir. Onun bu çıxışlarına aldanmaq olmaz”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın sərhəddə vəziyyətin yaxşılaşdığı ilə bağlı fikirlərinə münasibət bildirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, Ermənistanın Baş nazirinin çətinə düşdükdə bu cür manevrlər etməsinin çox görüldüyünü qeyd edib:

“Azərbaycanlı ekofəalların keçirdiyi aksiyaya baxmayaraq, Ermənistan Turşsu, Xəlfəli yolu ilə separatçı rejimə silah-sursat daşıyırdı. Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində bu yollar nəzarətə götürüldü. Baş verən proseslərə görə isə daxili auditoriyanı sakitləşdirmək məqsədilə Paşinyan belə bəyanatlar verir. Onun bu çıxışlarına aldanmaq olmaz. Çünki bir müddət öncə də sərhədə hərbi texnikaların gətirildiyini, təlimlər keçirildiyini müşahidə etmişdik.

Ermənistan həmçinin gərgin İran-Azərbaycan münasibətlərindən də istifadə etməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının katibinin İrana səfəri gözlənilir. Həmin görüşlərdə hərbi məsələlərin danışılmayacağı istisna olunmur. Paşinyan sülhlə bağlı müsbət mesajlar versə də, komandası Azərbaycana qarşı fəaliyyətini davam etdirməkdədir. Paşinyan, həqiqətən, sülh istəyirsə, müqavilə imzalanması üçün heç bir əngəl qalmaz. Lakin Ermənistandan sülhyönümlü mesajlar görsək də, reallıqda əksini müşahidə edirik”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv