!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan bütün cinayətlərinin hesabını verəcək” – AKP-nin azərbaycanlı deputatı

!Reklam – Yazi

“Türkiyə Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlik istənilən addımını birmənalı olaraq, dəstəkləyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğalçı Ermənistanın ötən gün və bu gecə Tovuz istiqamətində törətdiyi və layiqli cavabını aldığı təxribata münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan Azərbaycan əsilli deputatı Şamil Ayrım deyib.

Şamil Ayrım bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və onun haqq işini sona qədər dəstəkləyəcək:

“Göründüyü kimi, Ermənistan özünün işğalçı siyasətinə son qoymaq əvəzinə, Aəzrbaycanla sərhəddə yeni təxribatlar törədir, atəşkəs rejiminə baxmayaraq, cəbhədə gərginlik yaradır. Amma bilsinlər ki, Ermənistan bütün cinayətlərinin hesabını verəcək.

Ermənistanın ötən gün baş verən növbəti təxribatının qarşısı alınıb və işğalçılar layiqli cavablarını alıblar. Bu döyülşərdə Azərbaycan Ordusunun şəhid olan əsgərlərinin ailəsinə dərin hüznlə başsağlığı verir, ailələrinə səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan prezidenti İlham Əliyev Qarabağ münaqişəsinin sülh yolu həllinə tərəfdar olduqlarının dəfələrlə bəyan edib. Amma Ermənistan bunun əksinə olaraq, işğalçılıq siyasətindən əl çəkmir. Hər şeyin bir həddi var. Sülh tərəfdarı olan Azərbaycan Ermənistanın bu cəhdlərinə qarşı hərbi gücə əl atmaq hüququna malikdir.

Canımız Azərbaycan özünün ərazi büyövlüyünün bərpası istiqamətində hansı addımı atırsa-atsın, Türkiyə olaraq, hər zaman onun yanındayıq, onu dəstəkləyirik”.

A.Zeynalov

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv