Ermənistan hakimiyyətində DAXİLİ ÇALXALANMA – 20 sentyabrdan sonra...

media-hightechnic-468x90

Ermənistan hakimiyyətin daxilində gərgin atmosfer hökm sürür. Belə ki, hamı nəfəsini içinə çəkərək 20 sentyabrın nəticəsini gözləyir.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Qəzetinin hakimiyyətdəki mənbələrinin bildirdiyinə görə, hər kəs bir-birinə qarşı mübarizə aparır ki, “Vətəndaş Müqaviləsi”nin (VM) İdarə Heyətinin 20 nəfərlik tərkibinə düşə bilsin.

Bildirilir ki, hakimiyyət təmsilçiləri hər şeyi axarına buraxıb, təbliğat işləri ilə məşğuldurlar. Zaman isə yaxınlaşır və yeni idarə heyətinə seçilmək üçün hər şey etmək lazımdır. Elə olur ki, hətta Milli Məclisin iclaslarında müzakirəyə çıxarılan 30-dan çox qanun layihəsinin səsverməsi üçün kifayət qədər VM deputatı iştirak etmir.

Mənbələrin sözlərinə görə, İdarə Heyətinin rəhbəri Nikol Paşinyan da hər zamankı kimi hər şeyi axarına buraxıb və heç bir VM üzvü anlamır ki, yeni İdarə Heyətində yer almaq üçün keçid baryerini aşa biləcək, ya yox. Hazırda hamının başı üzərində “qılınc” asılıb, hətta Paşinyanın ən çox etibar etdiyi tanınmış VM-çilərin də… İdarə Heyətində vəziyyət qeyri-müəyyən və gərgindir.

Qeyd edək ki, VM idarə heyətinin yeni tərkibinə seçkilər sentyabrın 20-də Karen Dəmirçyan İdman-Konsert Kompleksinin zalında keçiriləcək və birbaşa efirdə yayımlanacaq. Məlumatlara görə, olduqca uzunmüddətli seçkilər gözlənilir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa