“Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, …”

media-hightechnic-468x90

a247721fe9c8ec5a6af5235480351fd4“Ermənistan tərəfinin son çıxışları danışıqların vəziyyəti ilə bağlı optimist olmağıma imkan vermir”.

“Ermənistan tərəfinin son çıxışları imkan vermir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olum”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sudanlı həmkarı ilə Bakıda keçirilən görüşdən sonrakı mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: “Bəlkə bu, daxili auditoriya üçündür. Həmsədrlərin sonuncu səfəri zamanı nəqliyyat və məcburi köçkünlərlə əlaqədar işçi qrupunun yaranması təklif olundu. Bizdə olan məlumata görə, Ermənistan tərəfi bu təklifi rədd edib. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir: əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır!”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600