!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan katalizator ROLUNDA: Azərbaycan adekvat cavablar verəcək – Regionda yeni silah YARIŞI

!Reklam – Yazi

“Ermənistan bu gün faktiki olaraq anti-Azərbaycan və anti-Rusiya şəbəkəsəində yer alaraq bölgədə yeni hərbi çağırışların diqtə etməyə çalışır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ermənistanın silahlanması və bunun nəticələrini şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.

Ramil Məmmədli bildirib ki, Ermənistan regionun silahlanmasında katalizator rolunu oynayır.

“Ermənistan son 3 ildə hərbi texniki imkanlarını gücləndirmək məqsədi ilə bir sıra ölkələrlə hərbi texniki əməkdaşlıq formalaşdırıb. Hindistan isə bu sırada əsas yerlərdən birini tutur. Hindistan məsələyə həm siyasi, həm hərbi-siyasi, həm də biznes nöqteyi-nəzərdən yanaşaraq, Ermənistan bazarında güclənməklə məşğuldur”, – deyə o əlavə edib.

Hərbi ekspert qeyd edib ki, Ermənistanın hərbi texniki imkanlarını gücləndirməsi və buna bu şəkildə dəstək verilməsində əsas məqsəd Cənubi Qafqazda Ermənistan vasitəsi ilə mövqelərini gücləndirmək istəyən dövlətlərin maraqlarıdır.

“Ermənistan bu gün faktiki olaraq anti-Azərbaycan və anti-Rusiya şəbəkəsəində yer alaraq, bölgədə yeni hərbi çağırışların diqtə etməyə çalışır. Bununla da Ermənistan faktiki olaraq Azərbaycanı hərbi silah yarışına cəlb etmək istəyir. Ermənistanın aldığı silah-texnika bu ölkə üçün müəyyən şərtlərlə verilir”, – deyə o bildirib.

R.Məmmədli vurğulayıb ki, Ermənistan regionda yeni silah yarışının katalizatorudur:
“Azərbaycan da məcburiyyət qarışısında bu silah yarışında yer alacaq. Azərbaycan Ermənistanın aldığı silahlara adekvat silahlar almaq məcburiyyətindədir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv