!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan koronavirusla mübarizədə Azərbaycanla müqayisə olunacaq vəziyyətdə deyil” – Mais Səfərli

!Reklam – Yazi

“Bu gün Ermənistanda cəmi bir milyon yarım əhali yaşasa da, orada adamlar taleyin ümidinə buraxılıb”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasının Ermənistanda yaratdığı acınacaqlı vəziyyəti şərh edən Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Mais Səfərlinin sözlərinə görə, koronavirus əleyhinə həyata keçirilən tədbirlər kontekstində Azərbaycanla Ermənistan arasında hər hansı müqayisə aparmaq yersizdir:

“Mən Azərbaycan və Ermənistanı heç bir müstəvidə müqayisə etməzdim. Azərbaycanlılar öz taleyinə sahib çıxmış xalqdır. Amma ermənilər oğru xalqdır, onların heç vətəni də yoxdur, havadarlarının hesabına yaratdıqları qondarma dövlət isə real müstəqilliyə malik deyil.

Ermənistanın bu gün nə normal iqtisadiyyatı, nə də səhiyyəsi var. Pandemiyanın vüsət aldığı ilk vaxtlardan etibarən, Azərbaycan bu istiqamətdə mübarizənin effektli təşkili üçün çox ciddi qərarlar qəbul etdi. Cənab prezidentin rəhbərliyi ilə adekvat addımlar atıldı.

Bu tədbirlərin nəticəsində Azərbaycan kornavirusla bağlı yaranmış vəziyyəti tam nəzarət altına almağı bacaran azsaylı ölkələrdən biri oldu. Cənab prezident pandemiya dövründəki bütün çıxışlarında vətəndaşların sağlamlığının dövlətin prioriteti olduğunu qeyd edib.

Koronavirusun vətəndaşlar üzərində yaratdığı iqtisadi çətinliklərin aradan qaldırılması məqsədilə geniş sosial dəstək proqramları tətbiq olundu. Bu istiqamətdə artıq 3 milyard manata qədər vəsait xərclənib.

Amma bu gün Ermənistanda cəmi bir milyon yarım əhali yaşasa da, orada adamlar taleyin ümidinə buraxılıb. Əhali nisbəti üzrə yoluxma sayına baxdığımız zaman orada vəziyyətin nə qədər kritik olduğunu görürük. İşğalçı ölkənin mediasında bu barədə dərc olunan materiallar və ekspertlərin açıqlamaları da Ermənistanda vəziyyətin nəzarətdən çıxdığını söyləməyə əsas verir.

Bu baxımdan, Azərbaycanın koronavirusla mübarizə sahəsində atdığı addımları Ermənistanla müqayisə etmək obyektiv olaraq, mümkün deyil”.

Aqil Bəkir

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv