!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ordusu siyasi proseslərə qoşuldu: Hərbçilər bu MESAJI verdi – ZORAKILIQ FAKTLARI

!Reklam – Yazi

“Ermənistan ordusu İkinci Qarabağ müharibəsindən sonra da siyasi proseslərə qoşulub. Hətta generallar, polkovniklər, idarə rəisləri və korpus komandirləri də bu prosesin içərisində olublar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, aprelin 26-da Qazax rayonu ilə həmsərhəd erməni kəndlərində baş verən etiraz aksiyalarına hərbçilərin qoşulması faktına münasibət bildirib.
Ü. Cəfərov deyib ki, Ermənistan ordusunda baş verənlər zərərli tendensiyanın göstəricisidir və ordu üçün pis nümunə təşkil edir.

“Ona görə də son hadisələrdə bir qrup hərbçinin mülki şəxslərə qatılması əvvəlki cəzasızlığın davamıdır. Çünki o vaxtı baş nazir Nikol Paşinyana etiraz edən generallar və polkovniklər hələ də xidmətdədirlər, hətta bəziləri isə yüksək vəzifə tutublar. Məhz bunun üçün hərbçilər düşünüb ki, biz bu aksiyalara qatılsaq, heç kim bizə heç nə etməyəcək. Məncə, həmin hərbçilər bu proseslərə məqsədyönlü şəkildə qatılmışdılar.

Hətta bir növ orduya mesaj verirdilər ki, onlar xalqın yanındadır və ordu onları dəstəkləyir. Əlbəttə ki, bu hadisələr spontan və xaotik şəkildə baş verməyib. Bu, idarəolunan bir prosesdir və ordunun içərisində müəyyən maraqlı qüvvələr var ki, Paşinyanı devirsinlər, habelə onunla uğursuzluqlarına, Qarabağa və Rusiya faktoruna görə haqq-hesab çəksinlər”, – deyə o əlavə edib.
Hərbi ekspert bildirib ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın zabit heyəti ilə Ermənistan ordusunun rəhbər heyəti arasında müəyyən tanışlıq, dost və xidməti münasibətlər var ki, bunlar da aksiyalarda rol oynayıb.

“Biz bilirik ki, Rusiya bu gün Paşinyana qarşı var gücü ilə bütün rıçaqlardan istifadə edir. Eləcə də Paşinyanı bu və ya digər formada cəzalandırmaq üçün istənilən metod Moskva tərəfindən qəbul olunandır.

O ki qaldı aksiyalarda iştirak edən zabitlərin cəzlandırılıb, ordudan uzaqlaşdırılmasına, bu, başqa cür ola da bilməzdi. Paşinyan 2020-ci ildə ona qarşı çıxan generalitet heyətini təmizləmək üçün addım atsaydı, mənə elə gəlir ki, 3-4 il ərzində neqativ hallar atmazdı. Lakin Paşinyan indi addımlar atır, Rusiyadan qopmaq, KTMT ilə yollarını ayırmaq, o cümlədən bir vaxtlar güvəndiyi MDB məkanındakı ölkələrlə məsafə saxlamaq üçün müəyyən həssas qərarlar verir. İrəvan indi-indi müstəqil qərarlar verdiyi üçün ona qarşı etiraz səsləri ucaldılır. Əlbəttə ki, bu etirazların heç bir perspektivi yoxdur”, hərbi ekspert bildirib.

Hərbi ekspertin sözlərinə görə, Paşinyan və komandası hadisələri görür və bilir, eləcə də cəmiyyəti hiss edir ki, 1000 nəfər etirazçı hər hansı bir məsələni həll etmək gücündə deyil:
“Burada etirazın bir elementi də sərhədlərin müəyyən edilməsi ilə bağlıdır.

Bu gün sərhədlərin müəyyən edilməsi Ermənistana hava və su kimi lazımdır. Ona görə ki, delimitasiya və demarkasiya, o cümlədən sülh sazişi imzalanması onların xeyrinədir. Lakin sözügedən prosesi pozmaq istəyənlər məqsədyönlü şəkildə bunu həyata keçirib sifarişləri yerinə yetirirlər”.

“MAXE-lərin incidilməsi və ordudan uzaqlaşdırılması məsələsinə gəldikdə isə, aydındır ki, bu, Ermənistanda adi bir iş üslubudur. Erməni ordusunda hərbçiləri incidib, təhqir edirlər, onlara əxlaqsız münasibət göstərirlər. Ermənistan ordusunda o qədər pozucu və ordu ilə bir araya sığmayan hallar var ki… Orada cinsi təcavüzdən tutmuş, nizamnamədən kənar “dedovşina” hallarına qədər hər şeyi görmək mümkündür. Ona görə də hərbçilərin döyülmsəinin həqiqət olduğuna inanıram”, – deyə hərbi ekspert fikirlərini tamamlayıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi hərbçilərin etiraz aksiyalarında yayılmış görüntüləri ilə bağlı açıqlama yayaraq bəyan edib ki, ordunu siyasi proseslərə cəlb etmək istəyənlər məsuliyyətə cəlb olunacaqlar.

Bundan əlavə, Ermənistanın “Hraparak” nəşri aksiyalarda iştirak edən bəzi hərbçilərin daha sonra üzr videosu çəkməsi ilə bağlı yayılan videgörüntülər haqqında sensassion açıqlama verib. Belə ki, qəzet həmin hərbçilərin döyülməsi və onlara qarşı zor tətbiq edildiyi ilə bağlı iddialar səsləndirib.

Rafi Müslümov

COP29

www.yenicag.az

415
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv