!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan Rusiyadan QOPUR: “ABŞ İrəvanı KTMT və Aİİ-dən çıxaracaq”

!Reklam – Yazi

“Ermənistan Rusiyadan qopma mərhələsinə başlayıb”.

Bu sözləri Ermənistanla ABŞ arasında ötən gün bağlanan əməkdaşlıq sazişini Yenicag.az-a dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib.

O hesab edir ki, Ermənistanla Rusiya əlaqələri nə qədər pisləşsə də, bu Nikol Paşinyan üçün taxt probleminə qədər gedib çıxa bilməz:

“ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanması Rusiya və Ermənistan arasında siyasi və təhlükəsizlik əlaqələrində ciddi böhrana gətirib çıxaracaq və bu, demək olar ki, Rusiyanın “qırmızı xətt”inin keçilməsidir. Xatırladaq ki, Ermənistan Rusiyanın orbitində olan təşkilatların üzvüdür. Məsələn, Avrasiya İqtisadi İttifaqı (Aİİ), Gömrük İttifaqı, KTMT və s. Məhz Nikol Paşinyanın da hədəfi Rusiyanın moderator olduğu təşkilatlardan çıxmaqdır”.

Analitik əlavə edib ki, bu sırada Amerikanın da əsas hədəfi Ermənistanda və Cənubi Qafqazda güclənmək, Ermənistanı Rusiya asılılığından çıxarmaqdır:

“Artıq biz görürük ki, bu istiqamətdə işlər həyata keçirilir. Elə Paşinyanı hakimiyyətə gətirən də ABŞ-dir. Ona seçim təlimatı verilmişdi, Nikol da artıq öz seçimini edir. Amerika Ermənistanı KTMT və Avrasiya İqtisadi İttifaqından çıxaracaq. Rusiya, əlbəttə ki, Ermənistana verilən təbii qazın qiymətini qaldıra bilər, hətta kəsə bilər. Bundan başqa, Ermənistanla iqtisadi əlaqələri aşağı sala bilər, o cümlədən Rusiyada yaşayan erməni biznesmenlərin göndərdiyi vəsaitin qarşısını ala bilər. Prosesin bu istiqamətdə davam edəcəyini düşünürəm. Ermənistana qarşı çox ciddi şəkildə təzyiqlər həyata keçiriləcək. Lakin düşünmürəm ki, bu Nikol Paşinyanın devrilməsinə qədər gedib çıxa bilər. Sadəcə, Ermənistanla Rusiya əlaqələri qopma mərhələsinə başlayıb”.

Nurlan Cəfəri

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv