Ermənistanda “Nə? Harda? Nə vaxt” televiziya proqramı yeni mövsümdən sırf erməni dilində yayımlanacaq.
Yenicag.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat paylaşıb.
Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan, “Layihə yeni mövsümdən erməni dilində efirə çıxacaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm”, – deyə bildirib.
Qeyd edək ki, sözügedən veriliş Ermənistanda rus dilində yayımlanan sonuncu televiziya proqramı idi.
www.yenicag.az