Ermənistan sülh üçün real addımlar atmır: "Onlar Azərbaycanı hədəfə gətirməyə çalışırlar"

media-hightechnic-468x90

“Ermənistan sülh üçün lazimi addımlar atmazsa, “dalan” dövlət olaraq qalacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Lüksemburqda Avropa Şurası Xarici İşlər Nazirləri Komitəsinin 134-cü sessiyasında İrəvanın Bakı ilə darhal sülh sazişi bağlamağa hazır olduğunu bəyan etməsini şərh edib:

“Ermənistanın xarici siyasətində bu xətt davam edir. Söhbət ondan gedir ki, Ermənistan özünü sözdə sülh göyərçini kimi təqdim etsə də, əməldə bu prinsiplərin heç birinə əməl etmir. Bütün xarici görüşlərdə, bütün qonaqlarla görüşlərdə Azərbaycan tərəfi “erməni xalqına qarşı qətllər törətmiş bir dövlət” kimi təqdim olunur. Onlar elə düşünürlər ki, guya aqressiya törədən Azərbaycandır, Azərbaycan Ermənistana hücum edib, Azərbaycan erməniləri Qarabağdan çıxarıb və s. Mirzoyanın bu açıqlamanı verməsinin əsas hədəfi və məqsədi Azərbaycanı hədəfə gətirməkdir. Onlar bu cür addımlarla Azərbaycanı hədəfə gətirməyə çalışırlar. Həmçinin, bir tərəfdən də deməyə çalışırlar ki, guya  Ermənistan sülh istəyir, Ermənistan sülhə hazırdır, amma bölgəmizə sülhün gəlməsinə mane olan Azərbaycandır. Əslində isə qeyd etdiyim kimi, prosesə mane olan elə Ermənistanın özüdür”.

Ermənistanın sülh üçün heç bir real addım atmadığını qeyd edən C. Məmmədov, əksinə, rəsmi İrəvanın ən çox sülhdən danışan və sülhə özü əməl etməyən dövlət olduğunu da vurğulayıb:

“Ermənistan bölgəyə sülhün gəlməsi üçün real addımlar atmalıdır. Prosesin uzanması daha çox Ermənistanın özünü “dalan” dövlətə çevirir. Ermənistan özü 2020-ci ildə yaşadıqlarından nəticə çıxarmalıdır. Əgər bunu etməsə, uzun illər “dalan” dövlət olaraq qalacaq və  inkişaf etməyəcək”.

Deputat bu iki ölkə arasında yalnız Azərbaycanın sülh istədiyini bir daha ictimaiyyətin diqqətinə çatdırıb:

“Təbii ki, Azərbaycan sülh istəyir, sülh tərəfdarıdır, amma Ermənistan sülhə əməl etməzsə, bunun üçün real addımlar atmazsa, Azərbaycan da başqa addımlar atacaq və başqa tədbirlər həyata keçirəcək”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600