!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan-Türkiyə münasibətlərində Azərbaycan MÖVQEYİ - "Zəngəzur dəhlizindən öncə..." - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Ermənistanla Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla həmahəng aparılacaq. Prosesin Azərbaycansız, Azərbaycanın xeyir-duası olmadan həyata keçməsi mümkün deyil”.

Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Ermənistanla münasibətləri normallaşdırmaqla bağlı söylədiyi fikirlərə münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyanın erməni tərəfinin də eyni addımı atacağını təsdiqləməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Türkiyə bir qədər tələsir:

“Azərbaycan-Ermənistan arasındakı münasibətlər qaydaya salınmadan İrəvanla münasibətlərin yaradılması bir qədər həyacanlandırıcı məqamlar yaradır. Doğrudur, Türkiyə Azərbaycanla birgə hərəkət edəcəyini bildirir. Ermənistan qəsdlə Azərbaycanla münasibətlərin nizama salınmasını ləngidə bilər. Yaxud da, Türkiyə ilə münasibətlərin yaxşı olmasına diqqətini artıra bilər. Belə olduqda, Ermənistan üçün imtiyazlı məqamlar yarana bilər. Onu da deyim ki, inanmıram Türkiyə Ermənistanın Azərbaycanla münasibətləri qaydaya salmadan bu yaxınlaşmanın olmasına müvəffəq olsun. İlkin danışıqlar prosesidir. Bu prosesdə iki ölkə arasında münasibətin qaydaya salınması, xüsusilə blokadanın götürülməsi, kommunikasiya xətlərinin açılması Zəngəzur dəhlizindən qabağa düşə bilməz. Bu məsələ Türkiyənin strateji maraqlarına zidd olar. Ona görə də, Türkiyənin tələskənliyə yol verəcəyi qənaətində deyiləm”.

Səxavət Məmməd

www.yenicag.az

1285
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv