!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan üçün BİABIRÇILIQ GÜNÜ" - Erməni jurnalist - FOTO/VİDEO

!Reklam – Yazi

“Bu foto Ermənistanın hazırkı durumunu göstərir”.

Yenicag.az xəbər verir ki, bunu erməni jurnalist Sevak Akopyan yazıb. O, oktyabrın 23-də İranın paytaxtı Tehranda 3+3 formatında aparılan danışıqlar zamanı çəkilən fotodan bəhs edib.

“Oktyabrın 23-də İranın paytaxtında 3+3 formatında aparılan danışıqlar aparılıb, təklifi daha əvvəl Türkiyə verib. Bu fotoya baxın. Bu foto Ermənistanın bu gün düşdüyü vəziyyəti əks etdirir: müttəfiqlər bir yerdədir, Ermənistanın nümayəndəsi isə kənar adam rolundadır.

Şəkilə baxsanız, Ermənistan yeganə ölkədir ki, hamı ilə problem yaşayır: Azərbaycan və Türkiyə ilə (burda hər şey aydındır). İran üçün bu hakimiyyət anlaşılmaz və etibarsızdır, Qərbin İranın burnunun ucunda olmasını təmin etməyə çalışır.

Rusiya ilə informasiya və diplomatik müharibə vəziyyətindədir. Xarici işlər nazirimiz İranda bu formatda bütün iştirakçılarla ayrı-ayrılıqda görüşlər keçirdi, lakin Lavrov və Mirzoyan görüşü ilə bağlı bir sətir belə olmadı.

Ölkələr nəyisə əldə etmək üçün istənilən görüşdən, fürsətdən istifadə edirlər. Bu görüşdən sonra əminəm ki, Ermənistan istisna olmaqla, bütün tərəflər müəyyən əlaqələri gücləndiriblər.

Günün digər hadisəsi Rusiya dövlət televiziyasının Ermənistanın faktiki baş nazirinə hücumu oldu.

Artıq hakim partiyanın deputatları Rusiya telekanallarının yayımının qadağan edilməsindən danışır. Belə bir fikir yaratmağa çalışırlar ki, Paşinyana tənqid edilirsə, deməli, bütün erməni xalqı da tənqid olunur. Bu manipulyasiyadır, başqa heç nə!

Veriliş Nikoldan, onun siyasətindən, Nikolla Rusiyanın düşmənləri arasındakı oxşarlıqlardan bəhs edirdi. Nikol Ermənistan deyil, erməni xalqı deyil!

Bu qalmaqallı verilişdə o da vurğulanırdı ki, Nikol erməni xalqı deyil, xarici qüvvələrin resursları ilə yaradılmış, rusların dediyi kimi, erməni xalqını parçalayan, məhv edən layihədir.

Yaxşı, tutaq ki, siz Rusiya Federasiyası ilə əlaqələri tam kəsdiniz, Rusiya telekanallarını bağladınız, rusları buradan çıxardınız, erməniləri Rusiyadan geri qaytardınız.

Bəs bütün bunlardan sonra Paşinyan bu regionda ən böyük nüfuza malik olan ölkə ilə necə işləməyə davam edəcək?”, – deyə Akopyan qeyd edib.

Rusiyanın Birinci kanalının Paşinyan haqqında hazırladığı “Nikol Paşinyan: bəlaların xəbərçisi”. Tutti kuklalarının varisi” adlı həmin verilişini təqdim edirik:

 

Xuraman Etibarlı

COP29

www.yenicag.az

298
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv