“Ermənistan və Azərbaycan yekun sülh sazişinə nail olmaq ərəfəsindədir” - Xandanyan

media-hightechnic-468x90

“Ermənistan və Azərbaycan yekun sülh sazişinə nail olmaq ərəfəsindədir”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Sərkis Xandanyan deyib.

O bildirib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sülh bəyannaməsi hər iki ölkənin sülh prosesini irəli aparmaq və münaqişə ilə bağlı səhifəni bağlamaq üçün güclü və real öhdəliyidir:

“Vaşinqton Bəyannaməsi suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlıq və münasibətlərin inkişafının yeni dövrü üçün möhkəm zəmin yaradır. Bu, həm də bütün qalan məsələlərin, o cümlədən ölkələrimiz arasında Vaşinqton Sammiti zamanı paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası da daxil olmaqla, irəliləyiş üçün əsas rolunu oynayır”.

Xandanyan regional kommunikasiyaların açılması ilə bağlı qeyd edib ki, TRIPP marşrutunun həyata keçirilməsi istiqamətində addımlar praktiki xarakter daşıyır:

“Bu marşrut təkcə Cənubi Qafqaz regionuna deyil, həm də Mərkəzi Asiyanı Avropaya birləşdirərək qlobal əhəmiyyət kəsb edəcək.

Qarşıdakı yol qarşılıqlı inam yaratmaq üçün bizdən səbir və qayğı tələb edir. İnamın yaradılması istiqamətində mühüm addım Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk prosesi və əlaqədar strukturların bağlanması oldu”./Teleqraf/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa