Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı

media-hightechnic-468x90

Rusiyanın Leninqrad vilayətinin Dövlət Əmlakını İdarəetmə üzrə Federal Agentliyinin keçmiş sədr müavini Boris Avakyan Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinin binasından qaçıb.

Oxu.Az bu barədə “Forpost” nəşrinə istinadla xəbər verir.

İlkin məlumata görə, hərbi polis 43 yaşlı Ermənistan vətəndaşını gömrük ödənişlərindən yayınma işi üzrə ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu məhkəmə iclasına gətirib. Fasilə zamanı Avakyan siqaret çəkmək üçün icazə istəyib, küçəyə çıxıb və geri qayıtmayıb.

“47news” xəbər portalının məlumatına görə, qaçaq məmur Peterburqdakı Ermənistanın konsulluğu ərazisində gizlənə bilər.

Avakyanı 2016-cı ildə qaçaqmalçılıqda ittiham ediblər, sonradan o, ev həbsindən Parisə qaçıb.

İrəvanda Avakyan siyasi karyera qurub və hətta Rusiya vətəndaşlığından imtina edib. Lakin bir neçə ildən sonra o, yenidən Peterburqda peyda olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa