Ermənistanda bir gecədə baş verən kardinal dəyişiklik kimə yaradı?

media-hightechnic-468x90

Natiq_Miri_812190686“Ermənistanın İvanişvilisi” kimi tanınan Qaqik Tsarukyanla bağlı bu ölkədə gərginlik yaşanır. Ermənistan KİV-ləri yaranmış vəziyyətdə Serj Sarkisyanla ölkənin ən varlı adamı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın görüşü barədə məlumat yayıb. Halbuki Ermənistan prezidenti keçən həftə çıxış edərək Tsarukyanın fəaliyyətini kəskin tənqid etmiş, onu Ermənistan üçün bəla adlandırmışdı.

Hətta prezident Tsarukyanı “Dodi Qaqo” (erməni dilində başıboş Qaqo) adlandırmaqdan da çəkinməmişdi. İndi isə həmin başıboş adamla görüşüb. Ermənistanda nə baş verir?

Ermənitandakı mövcud vəziyyəti politoloq Natiq Miri belə şərh edib: “Bir gecədə Ermənistanda ictimai-siyasi qarşıdurmada kardinal dəyişikliklər baş verib. Milyarder Karapetyan Rusiyadan təcili olaraq Ermənistana Sarkisyanla Tsarukyan arasında barışığı təmin etmək üçün gəlib. Gecə Sarkisyanla Tsarukyan görüşüb və nəticədə Tsarukyan iddialarından və 20 fevrala təyin olunmuş mitinqdən vaz keçib. Bununla da Ermənistanda demək olar ki, nəzarəti itirmək üzrə olan Sarkisyan bu prosesdən güclənərək çıxıb. Artıq bundan sonra Ermənistan müxalifətinin Tsarukyansız yenidən formalaşdırılmasına ehtiyac olacaq. Bu isə həm də o deməkdir ki, Rusiya hələ bir müddət də mesajı almış Sarkisyanla işləyəcək. Rusiya Sarkisyana gərəkən dərsini verdi və elçisini göndərməklə vəziyyəti Nulandın səfəri öncəsi stabilləşdirdi”.

 

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600