!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda “çevriliş” və “Paşinyana sui-qəsd” PLANI: “İctimai rəyi yoxlamaq üçün dövriyyəyə...”

!Reklam – Yazi

“Ehtimallardan biri də Paşinyana qarşı sui-qəsd hazırlığının Ermənistandakı müəyyən revanşist qüvvələr tərəfindən planlaşdırılması ilə bağlıdır”.

Bu fikirləri Ermənistanda çevriliş və baş nazir Nikol Paşinyana qarşı sui-qəsd cəhdi barədə yayılan xəbərləri şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Paşinyanın sui-qəsdə məruz qalması barədə yayılan xəbərləri birmənalı şərh etmək çətindir:

“Çünki Paşinyana qarşı bu cəhdin Rusiya, yaxud başqa ölkələr tərəfindən təşkil edildiyi, belə bir hazırlığın olub-olmadığına dair dəqiq məlumat yoxdur. Bu, ictimai rəyi yoxlamaq üçün Ermənistan hakimiyyətinin dövriyyəyə buraxdığı dezinformasiya da ola bilər.

Əgər bu, ictimai rəyi yoxlamaq üçün atılan addımdırsa, o halda Paşinyan əhalinin ona olan münasibətini, onun barəsində nə düşündüyünü, vətəndaşların Rusiyaya yanaşmasını müəyyənləşdirmək istəyir. Yox, yayılan informasiya reallığa əsaslanırsa, o halda da bunun arxasında Rusiya, İran, yaxud hansısa Qərb ölkəsinin dayandığını konkret söyləmək imkan xaricindədir.

Bununla bağlı ehtimallardan biri də Paşinyana qarşı sui-qəsd hazırlığının Ermənistandakı müəyyən revanşist qüvvələr tərəfindən planlaşdırılması ilə bağlıdır. Bu cəhddə Rusiyanın iştirakı varsa, deməli, Kreml Ermənistan hökumətinin gələcək addımlarını indidən neytrallaşdırmaq niyyətindədir. Yəni bu, Paşinyana ünvanlanan “ağıllı ol, yoxsa səni sıradan çıxararıq” mesajı kimi də qəbul edilə bilər”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv