Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. “Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib”, – məlumatda deyilir.
Onlar xarici işlər nazirinin keçmiş müavininin 3 şirkətdəki səhmlərini, İrəvandakı bir mülkünü, həmçinin 90 milyon dramını (235 min dollardan bir qədər az) müsadirə etmək istəyirlər.
Xatırladaq ki, Adonts 2019-2021-ci illərdə Ermənistan xarici işlər nazirinin müavini, əvvəllər – Aİ-də (eyni zamanda – Benilüks ölkələrində), sonra isə İspaniyada səfir olub.