Ermənistanda koronavirusa yoluxanların sayı 40 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 40 794 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 201 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Daha 3 nəfər ölüb.

Bu günədək Ermənistanda 806 nəfər koronavirusdan ölüb, 6 262 nəfərin müalicəsi isə davam edir.