!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda növbədənkənar parlament seçkiləri - Qanun pozuntusu hallarının sayı açıqlandı - YENİLƏNDİ

!Reklam – Yazi

Ermənistanda nadir istisnalar olmaqla, saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Artıq seçicilərin seçki məntəqələrinə girişi qadağan olunub. Tezliklə səslərin sayılması prosesinin başlanacağı gözlənilir.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 21 partiya və 4 siyasi blok iştirak edib.

***

Ermənistanda seçkiqabağı təşviqat kampaniyası zamanı yol verilən qanun pozuntuları ilə bağlı 200-dən çox məlumat daxil olub.

Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bunlardan 123-ü mətbuatda yayımlanan materiallara aid olub. 91 şikayət seçicilərdən, ikisi isə ombudsman aparatından daxil olub.

Seçicilərin ələ alınması ilə bağlı 155 , seçki hüquqlarının həyata keçirilməsinə maneə ilə bağlı 59, təşviqatda iştirak etmək üçün maneə və ya məcburetmə ilə bağlı 64 şikayət edilib.

65 məlumat üzrə cinayət işinin açılması üzrə materiallar toplanır, 26 cinayət işi isə artıq başladılıb.

14 vətəndaş barəsində seçki pozuntusularına yol verilməsi ilə bağlı ittiham irəli sürülüb.

***

Ermənistanı xarici ölkələrdə təmsil edən diplomatlar elektron səsvermədə iştirak edib.

Səsvermədə iştirak edən diplomatlar birmənalı şəkildə Nikol Paşinyanı dəstəkləməyiblər.

Belə ki, diplomatlar və ailə üzvlərindən səsvermərdə 284 nəfər iştirak edib.

Onlardan 168 nəfəri “Ermənistan” blokunu, 112-si “Mənim şərəfim var” blokunu dəstəkləyib. Diplomatik nümayəndəliklərdən Nikol Paşinyanın partiyasına cəmi 4 səs verilib”, – deyə nəşr qeyd edib.

***

Ermənistanın Baş Prokurorluğuna seçki prosesində qanunları pozulması ilə əlaqədar 64 məlumat daxil olub.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Bunlar, xüsusən səsvermənin gizliliyinin, seçki siyahılarının tərtib edilməsi prosedurunun pozulması, çoxsaylı səsvermə, rüşvət almaq və ya vermək, seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq, seçki məntəqələrində və ya ətraf ərazilərdə zorakılığa əl atmaqla əlaqədardır”, – deyə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Edqar Arsenyan bildirib.

***

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Hazırda bütün ölkə ərazisində seçki məntəqələrinin fəaliyyətinə start verilib.

12 saat ərzində seçicilər 21 siyasi partiya və 4 blok arasında seçim edəcək. Siyasi partiyalar üçün 5, bloklar üçün 7 faizlik baryer müəyyən edilib.

Səsvermədə iştirak edən hər bir seçiciyə 25 seçki bülleteni veriləcək. Kabinəyə daxil olan seçici onlardan yalnız birini seçəcək və hər hansı bir qeyd etmədən həmin bülleteni zərfə daxil edəcək. Seçkilər yerli vaxtla 20:00-da başa çatacaq.

Qeyd edək ki, seçkidə əsas rəqiblər baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryandır.

www.yenicag.az

761
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv