Ermənistanda prezident aparatına ayrılan vəsait azaldılır
Ermənistanda 2026-cı il büdcə layihəsi çərçivəsində Prezident Administrasiyasına 1 milyard 618 milyon dram vəsaitin ayrılması təklif edilir.
Yenicag.az xəbər verir ki, bu barədə parlamentdə büdcə müzakirələri zamanı maliyyə naziri Vahe Hovhannisyan deyib.
Onun sözlərinə görə, PA-ya 2025-ci illə müqayisədə 40 milyon dram az vəsaitin ayrılması nəzərdə tutulub.
Parlamentə də 68 milyon dram az və ya 7 milyard 4 milyon dram vəsaitin ayrılması təklif edilir.
Baş nazirliyə isə əlavə olaraq 1 milyard 520 milyon dram və ya 25 milyard 804 milyon dram ayrılması tövsiyə olunub. Bu, gələn il Ermənistanda planlaşdırılan Avropa Siyasi Birliyinin səkkizinci sammitinin keçirilməsi ilə bağlı xərclər, həmçinin qida təhlükəsizliyinin yoxlanılması sahəsində laboratoriya sınaqları üçün əlavə vəsaitlə bağlıdır. /unikal












