!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda Rusiyameylli qüvvələr aktivləşir: İrəvanda müxalifət etiraza qalxdı

!Reklam – Yazi

“Əslində, Ermənistanda müxalifətin aktivləşəcəyi gözlənilən idi. Çünki Ermənistan müxalifəti deyiləndə Rusiyameylli qüvvələr nəzərdə tutulur”.

Bu barədə Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Rəşad Bayramov deyib.

 

Müsahibimiz Ermənistandakı müxalif qüvvələrin bu gün Ermənistan Xarici İşlər Nazirliyi qarşısındakı keçirilən mitinqlə silsilə etiraz aksiyalarını artırması ehtimalından söz açıb.

Müxalifətin aktivləşdiyini bəyan edən analitikin fikrincə, Ermənistanın Rusiyaya qarşı sərgilədiyi münasibətin fonunda Moskvanın nəzarətində olan müxalif qüvvələri yenidən səfərbər edəcəyi və onları aktiv mübarizəyə cəlb edəcəyi gözlənilən idi ki, bu da baş verir.

“Nəzər alsaq ki, 5 aprel görüşündən bir qədər əvvəl Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapteyanın “Ümumermənistan cəbhəsi” adlı partiyanı yaratması və əvvəldən ayır-ayrı müxalif partiyalarda olan funksionerləri öz ətrafına toplaması Rusiyanın yeni bir müxalif qüvvə ortaya qoymasının göstəricisidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə Ermənistan ictimaiyyətinin böyük əksəriyyətinin Qərbə doğru üz tutduğu, Qərblə əlaqələrdə maraqlı olduğu bir vəziyyətdə müxalifətin konkret uğur qazanması imkansızdır:

“Kreml də bunu yaxşı başa düşür. Amma ən azından Ermənistan hakimiyyətinə təzyiqlər baxımından bu cür aksiyalar və müxalifətin fəallığı siyasi gündəmə müəyyən təsir göstərə bilər.

Nəzərə alsaq, Ermənistan ordusunda Rusiyanın təsir imkanları kifayət qədərdir, bu baxımdan, biz yaxın gələcəkdə hətta ordu daxilində Rusiyameylli qüvvələrlə siyasi fəaliyyətlə məşğul olan ruspərəst müxalifətin sinxron hərəkətlərinin şahidi ola bilərik”.

Xatırladaq ki, İrəvandakı mitinqdə Ermənistan müxalifətinin əsas funksionerləri Ermənistandakı siyasi məhbusların və Bakıda saxlanılan separatçıların azad edilməsini tələb ediblər.

Rafi Müslümov

COP29

www.yenicag.az

1025
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv