Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 5 il ötür

media-hightechnic-468x90

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 5 il ötür.

media-banner_tuq

Yenicag.az xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmisi düşüb.

Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ümumilikdə 5 dəfə atəşə məruz qalıb. Nəticədə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05