!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın dezinformasiya kanallarında Gebbels prinsipi: Azərbaycan mediası nələrə diqqət etməlidir?

!Reklam – Yazi

“Azərbaycan bu gün çoxtərəfli “dezinformasiya müharibəsinin atəşləri” altındadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Şuşada keçirilən II Qlobal Media Forumunun əhəmiyyəti və bəzi xarici media orqanlarının Azərbaycana qarşı açdığı “dezinformasiya müharibəsi” haqda danışan professor Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, Şuşada keçirilən II Qlobal Media Forumunun əsas istiqaməti və əhəmiyyəti xarici media nümayəndələrinin iştirakının çoxluq təşkil etdiyi bir forum olmasıdır:

“Ona görə də, orada verilən informasiyalar, o cümlədən Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi Azərbaycan həqiqətlərinin dünyaya yayılması baxımından bu forum çox əhəmiyyətlidir. Hikmət Hacıyevin verdiyi ciddi mesajın mahiyyəti bundan ibarətdir ki, bu gün bir çox xarici media qurumu, Avropada Ermənistanı himayə edən ölkələrin, o cümlədən Fransanın mətbu orqanları, Ermənistanın özündəki bir sıra tamamilə yalan və böhtan yazan media qurumları Azərbaycana qarşı kampaniyanı davam etdirir, dezinformasiyalar yayır. Bu, əlbəttə ki, cavabsız qalmamalıdır. Ona görə də həm rəsmi-xarici siyasətlə məşğul olan dövlət qurumları səviyyəsində ayrı-ayrı şəxslər-politoloqlar, blogerlər, eləcə də media qurumları müəyyən məlumatları verərək təkzib edirlər”.

Q.Məhərrəmli qeyd edib ki, dezinformasiyanın yayılması bir sistemdir və onun qarşısının alınması da bir fərqli yanaşma tələb edir:

“Bizim üçün önəmli olan təbii ki dezinformasiyaların vaxtında təkzib edilməsidir. Gebbelsin bir sözü var ki, “Nə qədər yalan desən bir o qədər yaxşıdır ki, insanlar tədricən ona inanmağa başlayacaq”. Ermənistanın dezinformasiya kanalları da bu prinsipi əsas götürür. Azərbaycan mediası isə ən yaxşı yolu gerçəkləri yaymaq və onu təqdim etməkdə görməlidir. Yəni bunu onlara bir cavab kimi deyil, sadəcə həqiqəti olduğu kimi yaymaq və işıqlandırmaq çox önəmlidir. Ona görə də, mətbuatda bizim təbliğatdan daha çox real informasiya öz əsasını tapmalıdır. Məsələn, baş vermiş hadisələrlə bağlı, ermənilərin yaratdığı silah bazaları, insanları aldatmaq, dinc əhalini əsarətdə saxlamaq üçün etdikləri əməllər, öz əhalisinə divan tutmaq üçün atdıqları addımların hamısı faktlar əsasında işıqlandırılmalıdır. Bizim media bunları müəyyən dərəcədə təkzibinə nail olub. Lakin bu məlumatların əksəriyyətinin xarici dillərdə-rus, erməni, ingilis, fransız və sair dillərdə olması çox yaxşı olar. Bu baxımdan tətbiq olunan metodlar, seçilən üsullar, müasir dünyada istifadə olunan üsul və metodlara uyğun olmalıdır. Azərbaycan bu gün çoxtərəfli “dezinformasiya müharibəsinin atəşləri” altındadır. Burada həm xarici, həm Ermənistan mediası, həm də Azərbaycanın özündən olan, yəni adını azərbaycanlı qoyaraq, ölkəmiz haqqında ləyaqətsiz, yalan məlumatlar yayanlar ölkəmizə qarşı eyni nöqtədən çıxışlar edir. Ona görə də mətbuat ciddi, peşəkar olmalıdır ki, bunlara qarşı vaxtında cavablandıra bilsin”.

İsmayıl Bakuvi

www.yenicag.az

221
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv