Ermənistanın dövlət borcu kəskin artdı

media-hightechnic-468x90

Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram təşkil edib ki, bu da 2024-cü ilin sonundakı göstəricidən 4,4% çoxdur. Dollar ifadəsində borc 5,8% artaraq 13,581 milyard dollara çatıb.

Yenicag.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında maliyyə naziri Vahe Ovannisyan bildirib.

Nazir qeyd edib ki, dövlət borcunun artımı dövlət büdcəsində və ortamüddətli borc strategiyasında müəyyən edilmiş parametrlərə uyğundur. Bu sənədlər həm borclanmanın həcmini, həm də vəsaitlərin mənbələrini müəyyən edir.

Eyni zamanda, dövlət borcunun ÜDM-ə nisbəti ötən illə müqayisədə 0,1% azalıb.

O, həmçinin bildirib ki, daxili borcun payı 50%-ə çatıb. O, bunu müsbət nəticə hesab edir.

2024-cü ilin sonunda dövlət borcu təxminən 5 trilyon 93 milyard dram (təxminən 12,8 milyard dollar) təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600