“Ermənistanın ərazi bütövlüyünün pozulması İran üçün qəbuledilməzdir”.
Yenicag.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani yanvarın 11-də erməni jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, İran həmişə Ermənistanın suverenliyini dəstəkləyib.
“Ermənistanın suverenliyini pozan hər şey bizim fikir ayrılığına səbəb olacaq”, – Sübhani deyib.
O, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlərə də münasibət bildirib.
“Ermənistanın suverenliyini və ərazi bütövlüyünü pozan hər bir şey bizim üçün qəbuledilməz olacaq”, – deyə o çərənləyib.
Xuraman Etibarlı
www.yenicag.az