!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın geosiyasi dönüşünün qiyməti AÇIQLANDI – Erməni politoloqdan SƏRT SÖZLƏR

!Reklam – Yazi

“Erməni xalqının “gələcək baxışını bölüşmək”, Ermənistanı “daha dözümlü”, “daha güclü”, “daha müstəqil etmək” kimi gözəl arzuları bir kənara qoysaq, Ermənistanın geosiyasi dönüşünün qiyməti belə olacaq: 4 il ərzində 270 milyon avro”.

Yenicag.az “Past”a istinadla xəbər verir ki, bu sözləri erməniəsilli politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, bu, sadəcə olaraq, Ermənistan hakimiyyəti tərəfindən gözlənilən dəstək idi.

“Brüsseldə onlar Qarabağdan köçənləri də xatırladılar, onlara yardımedəcəklərinə söz verdilər, lakin gözlənildiyi kimi, Qarabağla bağlı məsələləri və Ermənistanı təhlükədən qorumağı unudublar. Bunun əvəzində Paşinyan Almatı bəyannaməsinə uyğun olaraq, Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləmək fürsətini əldən vermədi.
Blinken bildirib ki, o, bu ideyanı dəstəkləyir və Cənubi Qafqazı sülh və barışıq səylərini təşviq edəcək yeni nəqliyyat marşrutları, enerji əməkdaşlığı, telekommunikasiya ilə görür”, – deyə o bildirib.

“Onların kömək göstərmələri xoşdur, amma bu, Ermənistan üçün hər şeyi dəyişə bilən rəqəm deyil. Bilirsiniz ki, Ukraynaya 270 milyon avro yox, 300 milyard dollar ayrılıb. Azərbaycana gəldikdə isə, təkcə Britaniyanın Azərbaycana yatırdığı sərmayələr 35 milyard, ABŞ-ın isə 15 milyarddır. Lakin ABŞ bizə 65 milyon verir. Rəqəmlərdəki fərq göz qabağındadır, gəlin, Ermənistanın bu anti-Rusiya kursunu davam etdirəcəyi təqdirdə, verə biləcəyi itkiləri də bura əlavə edək”, – deyə o, söyləyib.
Politoloq Brüsseldə keçirilən görüşün nəticələrini də şərh edib.

“Əgər onlar doğrudan da Ermənistana kömək etmək istəsələr, burada hərbi baza yaratmalı, real qüvvələr gətirməlidir. Onda mən bunu alqışlayacağam, amma bu günə qədər bu barədə heç bir müzakirə olmayıb. Türkiyənin NATO-nun ən yaxın müttəfiqi və regionumuzda əsas rola malik olduğunu nəzərə alsaq, yaxud Azərbaycanın neft və qaz ehtiyatları var deyə onların Avropa üçün mühüm tərəfdaş olduğunu nəzərə alsaq, Qərbin bu dövlətlərə qarşı sanksiyalara hazır olduğunu düşünmürəm. Əvəzində bizdən tələb edirlər ki, ruslarla vuruşaq, Rusiya ilə siyasi və iqtisadi əlaqələrimizi kəsək, lakin bunu nə Azərbaycana, nə Gürcüstana, nə də Türkiyəyə tətbiq etmirlər. Nədənsə başqa ölkələr öz maraqlarını güdə bilər, biz isə yox. Bu, Qərbin marağının nə olduğunu göstərir. Ruslar gedəndə isə Ermənistan türklərin hakimiyyəti altına düşəcək”, – o deyib.

“Ermənistanın Rusiyadan qopmağın cəzası nəyin bahasına ola bilər” sualına isə Xaçikyan belə deyib:
“Qərb tərəfdaşları bir sıra suallara cavab verməlidir. Onlar Ermənistana qazın verilməsini təmin etməyə hazırdırlarmı, hansı qiymətlərlə Azərbaycandan alınacaq? Yəni biz ondan asılı olacağıq və Azərbaycan istənilən vaxt düyməni basa bilər və biz qazsız qalacağıq? Zəngəzur dəhlizi ilə bağlı nə deyirlər? Onlar erməni məhsullarını: brendi, şərab, kənd təsərrüfatı məhsullarını qəbul etməyə hazırdırmı? Çünki Avropada, Fransada, İspaniyada, Almaniyada nələrin baş verdiyi, fermerlərin etirazını görürük… O yeri bizə açacaqlarmı? Mən belə düşünmürəm, çünki bütün bu illər ərzində, hətta Gürcüstan Avropa bazarında öz yerini tapa bilmədi. Rusiyada yaşayan 2 milyon erməni var ki, Ermənistana pul göndərir, onlar Avropaya aparılacaqmı? Avropa artıq rumınların, polyakların, ukraynalıların əlinə keçib. Yoxsa, avropalılar bizdə yeni atom elektrik stansiyası tikəcəklər? Bunlara inanan varmı?” – deyə politoloq sadalayıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv