!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın Qarabağdan imtinası: "Bu, Rusiya ilə Azərbaycanın məsələsidir" - Hərbi ekspert

!Reklam – Yazi

“Ermənistan Qarabağ məsələsini Rusiyaya həvalə edib. Açıq deyə bilmirlər, qarşılıqlı gizli razılaşma bu yöndədir desək, yanılmarıq”.

Bu fikirləri Qarabağ ətrafındakı mövcud gərginlik fonunda rəsmi Bakının atmalı olduğu addımları şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, Qarabağ mövzusunda artıq Ermənistan yoxdur, bu mövzu Rusiya ilə Azərbaycanın məsələsinə çevrilib:

“Siyasi böhran tərəflərin istəyi ilə sonlanmırsa, hərbi böhrana çevrilir. Hər iki tərəfin siyasətini izləyəndə görürük ki, 10 noyabr bəyanatından sonrakı mərhələdə nə Ermənistan məğlubiyyətini qəbul edir, şərtləri yerinə yetirir, nə də Azərbaycan Ermənistanın təklifləri ilə razılaşır. Siyasi danışıqlar dalana dirənib. Bu o deməkdir ki, növbəti mərhələdə güc danışmalıdır. Gücün danışması üçün də şərtlər lazımdır.

Ermənistanla Azərbaycan arasındakı problem Qarabağ üzərindən bitib. Ermənistan da rəsmi olaraq bildirir ki, 91-ci ilin sərhədləri ilə razıdır. Dolayısı ilə Ermənistan Qarabağ məsələsini Rusiyaya həvalə edib. Açıq deyə bilmirlər, qarşılıqlı gizli razılaşma bu yöndədir desək, yanılmarıq. Növbəti mərhələdə Qarabağ üzərində atacağımız yüngül və ya ağır güc Rusiya ilə Azərbaycanın məsələsidir.

Açıq demək mümkündür ki, Qarabağ məsələsində Ermənistan yoxdur. Azərbaycanın bundan sonrakı mərhələ üçün planları hazır olmalıdır. Azərbaycan bu planları açıq şəkildə dilə gətirməli və sonrakı mərhələ üçün planlarını sahədə həyata keçirməlidir. Rusiya ilə Azərbaycanın hərbi qarşıdurmaya getməsi gözlənilən deyil. Bunu gözə almaq çox riskilidir. Ruslar özlərini 2025-ci ilə hazırlayırlar. Hazırda atdıqları addımlar da bu yöndədir”.

Səxavət Məmməd

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv