Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistanın "Rusiya qorxusu": "Bu dezinformasiyalara inanmamalıyıq" - Politoloq

Reklam: Sinerji Pro

Erməni jurnalist Sarkis Artsruni yazır ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkməyə başlayıblar. Onun fikrincə, Rusiya agentlərinin Qarabağa baş çəkmələrinin əsas hədəfi buradakı əhalinin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı əhval-ruhiyyəsini öyrənməkdir:

“Hazırda Qarabağ Rusiya xüsusi xidmət orqanlarının hədəfindədir. Rusiya agentləri ərazilərin Azərbaycana qaytarılması prosesini hazırlayır”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlunun fikrincə, sözügedən məlumat dezinformasiya xarakteri daşıyır:

“Adətən, belə informasiyalara ehtiyatla yanaşmaq lazımdır. Bu, mənim bütün jurnalistlərdən təvəqqemdir. Çünki bəzən bir sıra xarici dövlətlər Azərbaycan məkanına dezinformasiya yayırlar. Sonra da Azərbaycanda həmin dezinformasiya ətrafında şərhlər verilməyə başlanılır. Rusiya agentlərinin işğal olunmuş ərazilərimizin Azərbaycana qaytarılması prosesini hazırladıqları barədə səslənən bu fikir o mənaya gəlir ki, guya Moskva Dağlıq Qarabağ münaqişəsini ölkəmizin xeyrinə həll etmək istəyir. Belədə həmin informasiyanı yaymaqla əslində, Azərbaycanı da rahatladırlar ki, Rusiyanın ölkəmizin xeyrinə iş görməsindən sevinək.

Halbuki, bu, belə deyil. Ona görə də həmin məlumatın informasiyadan çox dezinformasiya olduğuna şübhələnirəm. Bu, Azərbaycanın informasiya məkanına atılan bir dezinformasiyadır. Bu fonda həmin dezinformasiya ətrafında ajiotaj yaratmağımız özümüzə ziyandır. Ona görə də Ermənistandan ötürülən informasiyalarla bağlı son dərəcədə diqqətli olmaq lazımdır. Harda gördük ki, Rusiya Qarabağ konfliktinin həllini sürətləndirmək üçün addımlar atır? Onun əlaməti yoxdur. Yoxdursa, belə informasiyalara niyə inanmalıyıq ki?”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

693
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100