!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın "sərhəddə insident" TƏXRİBATI: "Nə edəcəklərsə, cavabını alacaqlar" - ŞƏRH

!Reklam – Yazi

“Hadisələrin gedişatı göstərir ki, qarşı tərəf proseslərə tam nəzarət edə bilmir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlət sərhədində insident baş verməsilə bağlı Ermənistanın yaydığı dezinformasiyanın mümkün səbəblərinə toxunan politoloq Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu bunun Ermənistan daxilindəki qüvvələrin Paşinyana qarşı provokasiyası ola biləcəyini qeyd edib:

“Müharibənin sonlanmasından heç bir ay da keçməyib. Ona görə də sərhəddə və təmas nöqtələrində gərginliyin olacağı gözləniləndir. Uzun illər torpaqlarımızı işğal altında saxlayıblar, iki savaş baş verib, xeyli itkilər olub. Belə bir şəraitdə dərhal sakitliyin olacağını gözləmək doğru olmazdı. Hadisələrin gedişatı göstərir ki, qarşı tərəf proseslərə tam nəzarət edə bilmir.

Son insident də göstərir ki, müvafiq strukturlarda, əsasən, Müdafiə Nazirliyi səviyyəsində Paşinyana tabe olmayan qruplar var. Generallar arasında Paşinyandan narazı olanların varlığını istisna etmirəm. Onların məqsədi də sərhəddə təxribat yaratmaqla Ermənistanı qarışdırmaqdır. Bu bizi çox da narahat etməməlidir. Nə olacaqsa, onun cavabını verəcəyik. Bundan çəkinmək lazım deyil”.

Aqil Bəkir

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv