!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın “tülkü”lüyü: “Hər bir vəziyyətə hazır olmalıyıq” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Ermənistanın baş verən gərgin proseslər fonunda təxribatlara əl atacağını istisna etmirik”.

Bunu Ermənistanın İranda və regionda baş verən gərginlikdən istifadə edərək təxribata əl atma ehtimalını şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qərb hazırda Rusiya-Ukrayna müharibəsini İran istiqamətinə daşımaq istəyir:

“İranın ətrafa yaydığı təhdidlər fonunda müəyyən cavab zərbələrinə məruz qalacağı şübhə doğurmur. Yaxın günlərdə İrana qarşı müəyyən preventiv zərbələr gözlənilir. Bu isə Ermənistan üçün yaxşı heçnə vəd etmir.

Ermənistanın baş verən gərgin proseslər fonunda təxribatlara əl atacağını istisna etmirik. Belə faktlarla daha əvvəldə rastlaşmışıq.

Ermənistanın həm şərti sərhəddə, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə təxribatlara yol verməsi mümkündür. Bu səbəbdən aidiyyatı qurumlarımız daim ayıq-sayıq olmalı, hər bir vəziyyətdə adekvat cavab tədbirlərinə daim hazır olmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv