“Ermənistanla sərhədlərin açılması istiqamətdə addımı Azərbaycanın...” - Türkiyəli nazir “Yeni Çağ”a danışdı

media-hightechnic-468x90

Zəngəzur dəhlizi və Orta Dəhliz çərçivəsində Cənubi Qafqazda yeni geosiyasi və nəqliyyat reallıqları formalaşarkən, bu marşrutun həm Azərbaycan, həm Türkiyə, həm də bölgə ölkələri üçün strateji əhəmiyyəti getdikcə artır.

Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan ilə Naxçıvan arasında birbaşa quru və dəmir yolu əlaqəsinin bərpası, eləcə də Türkiyənin Mərkəzi Asiya və Çin bazarlarına çıxış imkanlarının genişlənməsi gündəmin əsas mövzularından biridir.

Bu reallıqlar fonunda, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı proseslərə dair Yenicag.az-a eksklüziv açıqlama verib.

media-whatsapp-image-2025-12-16-at-15-43-37-1

“Yeni Çağ” Media Qrupunun baş redaktoru Aqil Ələsgərə özəl açıqlamalar verən nazir bildirib ki, Zəngəzur dəhlizində işlər 2029-cu ilə qədər başa çatdırılacaq. Onun sözlərinə görə, bu müddət ərzində həm Azərbaycanda, həm Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan hissədə, həm də Türkiyə tərəfində dəhlizi tamamlayacaq dəmir yolu və əlaqəli infrastruktur layihələri mərhələli şəkildə reallaşdırılır.

Abdulkadir Uraloğlu qeyd edib ki, Türkiyə tərəfində 224 kilometr olacaq dəmir yolu xətti üzrə hazırlıq işləri davam edir və bu xəttin tam istifadəyə verilməsi böyük ehtimalla 2028–2029-cu illərə təsadüf edəcək. Nazir vurğulayıb ki, Zəngəzur dəhlizinin tam gücü ilə işə düşməsi Orta Dəhlizin (Orta Koridorun) yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq, Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xəttində Türkiyə və Azərbaycanın rolunu daha da gücləndirəcək.

Türkiyənin nəqliyyat və infrastruktur naziri, həmçinin sərhədlərin açılması məsələsinə toxunaraq deyib ki, Ankara üçün Ermənistanla sərhədi açmaq prinsipial problem deyil, lakin Türkiyə bu məsələdə əsasən Azərbaycanın mövqeyini rəhbər tutur. Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ilə, xüsusən də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə bu mövzuda müzakirələr aparılır:

“Ermənistanla iki sərhəd qapımız var və texniki baxımdan açmaq imkanımız mövcuddur. Amma biz bu istiqamətdə addımı Azərbaycanın açıq və dəqiq mesajı əsasında atacağıq”.

Aqil Ələsgər

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa