Erməni ordusu yenə itki verdi

media-hightechnic-468x90

71671Ermənistan ordusu qoşunların təmas xəttində təxribatlar törədərkən xeyli itki verib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi öldürülən daha bir erməni əsgərin adını açıqlayıb.

Açıqlamada bildirilir ki, martın 3-də təmas xəttində Dağlıq Qarabağda Ermənistan ordusunun 19 yaşlı əsgəri Arsen Karapetyan aldığı güllə yarasından elə yerindəcə keçinib.

Nazirliyin məlumatında o da bildirilir ki, fevralın 28-də də daha iki erməni əsgəri öldürülüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib. Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600