Ərsin Tatar Nyu-Yorkda keçirilən 11-ci Türk Yatırım konfransına qatıldı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar, Türk-Amerika İş Şurası (TAİK) tərəfindən Nyu-Yorkda keçirilən 11-ci Türk Yatırım konfransına qatılıb.

Yenicag.az xəbər verir ki, bu barədə  Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezident Adminstarsiyası məlumat yayıb.

Konfransa ABŞ iş dünyasının nümayəndələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Mədəniyyət və Turizm Naziri də qatılıb. Tədbirdə Türkiyə Mehmet Nuri Ersoy, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Ticarət naziri Mehmet Muş bir çox yüksək səviyyəli rəsmiləri iştirak edib.