!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsəd KÜNCƏ SIXIŞDI – Suriyada planlanan SSENARİ BUNLARDIR

!Reklam – Yazi

“Suriyada son illərdə müəyyən sabitlik görüntüsü olsa da, hər an gözlənilən bir partlayış vəziyyəti reallaşdı. Hazırda ölkədə baş verən hadisələr Suriyanın siyasi xəritəsinin yenidən müəyyənləşməsi istiqamətində proseslərə işarə edir. Bu hadisələr, əsasən, Rusiya və İranın mövqelərinin zəifləməsi fonunda cərəyan edir. Müxalif qüvvələr uzun müddət əks-hücum üçün əlverişli məqam gözləyirdi və bu hücumlar artıq başlayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

Siyasi təhlilçi Suriyada baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.

Analitikin fikrincə, bölgədə baş verən proseslər Əsəd rejimini küncə sıxıb:

“Rusiya və İran əvvəlki güclə rejimə dəstək verə bilmir. Xüsusən də İranın proksi gücləri – “Hizbullah” və digər qüvvələr İsrail ilə HƏMAS arasındakı qarşıdurma nəticəsində ciddi şəkildə zəifləyib. Bunun bariz nümunəsi kimi, son günlərdə HTŞ-nin (Həyat Təhrir əş-Şam) Hələbdəki hücum əməliyyatlarını göstərmək olar. HTŞ-nin bu hücumları nəticəsində “Hizbullah” ciddi müqavimət göstərə bilməyərək geri çəkildi. Hazırda müxalif qüvvələr sürətlə İdlib, Həma və Hüms istiqamətində böyük əraziləri nəzarət altına alır və ciddi müqavimətlə qarşılaşmır. Əsəd rejimi isə artıq Tartus və Latakiya kimi kiçik bölgələrdə möhkəmlənməyə çalışır”.

Onun sözlərinə görə, proseslərin bundan sonra regional güclərin – Qərb, İsrail, Körfəz ölkələri və Türkiyənin – daha aktiv rol alması ilə davam edəcəyi ehtimal edilir:

“Xüsusilə, Türkiyə bu proseslərdə daha fəal olmalıdır. Türkiyə bölgədə öz təhlükəsizliyini təmin etmək və təhdidləri aradan qaldırmaq üçün bufer zona yaratmağa çalışır. Eyni zamanda, Suriyada yeni bir hakimiyyətin formalaşması ehtimalı da gündəmdədir. Belə bir vəziyyətdə Türkiyə vaxt itirmədən öz mövqeyini gücləndirməli və prosesləri yönləndirməkdə fəal iştirak etməlidir. Çünki Qərb ölkələrinin, İsrailin və Körfəz dövlətlərinin Əsəd rejiminin devrilməsini tam dəstəkləmədiyi görünür. Onlar Əsəd rejimini öz maraqlarını təmin etmək üçün saxlamağa çalışırlar. ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin Əsəd rejiminə dəstək vermək üçün müəyyən şərtlər irəli sürdüyü də bildirilir. Bu şərtlərə rejimin “Hizbullah”, İran və Rusiya ilə əlaqələrini kəsməsi daxildir. Lakin İran və Rusiyanın asanlıqla Suriyadan çəkiləcəyini gözləmək real deyil. Buna görə də qarşıdakı dövrdə gərginliyin artacağı ehtimal olunur”.

Siyasi təhlilçi onu da əlavə edib ki, baş verən hadisələrin əsas səbəblərindən biri də, Əsəd rejiminin vaxtında Türkiyənin sülh təkliflərinə müsbət cavab verməməsidir:

“Türkiyə son bir il ərzində Suriyada təhlükəsizliyi təmin etmək məqsədilə sülh təklifləri irəli sürmüşdü. Əgər Əsəd rejimi bu təklifləri qəbul etsəydi, bugünkü vəziyyət yaşanmazdı. Lakin indi Əsəd rejiminin hakimiyyətdə qalma ehtimalı ciddi şəkildə sual altındadır. Proseslər Türkiyə üçün həm təhlükəsizlik, həm də strateji üstünlük baxımından vacib fürsətlər yaradır. Odur ki. Ankara bölgədəki dəyişikliklərə hazırlıqlı olmalı və hadisələrin gedişatını öz maraqları istiqamətində yönləndirməlidir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv