Təbiətə və sağlamlığa zərərli POLİETİLEN TORBALAR: "Ən yaxşı alternativ "talış zənbilləri"dir" - VİDEO

media-hightechnic-468x90

“Polietilen torbaların qiymətinin artması və keyfiyyətinin aşağı düşməsi bazarda ciddi narazılıq yaradıb”.

Bunu Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, AİB-nin dəstəyi ilə polietilen torbaların pulla satılması təşəbbüsü həyata keçirilir və məqsəd ətraf mühitin çirklənməsinin azaldılmasıdır:

“Bu, dünyanın bir çox ölkələrində tətbiq edilən uğurlu bir təcrübədir, lakin bəzi biznes qurumları polietilen torbalar üzərində reklam yerləşdirməklə ətraf mühitə əlavə zərər vurub. Çünki torbalarda istifadə olunan rəng maddələri təbiətə daha çox ziyan yetirir. Buna görə də AİB tələb edir ki, polietilen torbalar mümkün qədər nazik və boyasız istehsal edilsin”.

Ekspert qeyd edib ki, son günlər torbaların qiymətində baş verən artım və keyfiyyətin aşağı düşməsi isə həm alıcıların, həm də satıcıların narazılığına səbəb olub:

“Problemin əsas həlli əhalinin polietilen torbalardan tamamilə imtina etməsidir. Ev və bazar üçün çoxistifadəli, ekoloji cəhətdən zərərsiz torbalardan istifadə edilməlidir. Ən yaxşı alternativ isə dünyanın heç bir yerində olmayan “talış zənbilləri”dir.”

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa