Şeyx KİMƏ SƏSLƏNDİ? - “Mehriban Xanlarova təcili teatra qaytarılmalıdır”

media-hightechnic-468x90

“Səhnənin Mehriban Xanlarova kimi bir aktrisanı itirməsi qəbuledilməzdir. Ən azı ortaq məxrəcə gəlib məsələni yoluna qoymaq olardı”.

Bunu tanınmış aktrisa, Əməkdar artist Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrındakı işindən azad edilməsi ilə bağlı təəssüf hissi keçirən Xalq artisti, Şeyx Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti belə bir aktrisanın səhnədən kənarlaşdırılmasını itki kimi dəyələndirib:

“Mən o teatrın daxili strukturunu bilmirəm. Bircə onu deyə bilərəm ki, Mehriban hər vaxt yetişən aktrisalardan deyil. Onun teatrdan getməsi qətiyyən yolverilməz və arzuolunmazdır. Belə bir deyim var, böyük sənətkarlar yetişir az-az, hər yerdə hər zaman inci tapılmaz.

Kiməsə, nəyəsə görə, Mehriban Xanlarova kimi tanınan, qəbulolunan, sevilən bir aktrisanı itirmək olmaz. Lənət şeytana deməlidirlər, Mehribanı teatra gətirməlidirlər.

Mehriban həm efirdə, həm teatrda, həm kinoda dəsti-xətti olan, sevilən və tanınan, məhsuldar bir aktrisadır. Səhnənin Mehriban Xanlarova kimi bir aktrisanı itirməsi qəbuledilməzdir. Ən azı ortaq məxrəcə gəlib, məsələni yoluna qoymaq olardı. Bir ağsaqqal kimi deyirəm, teatrda yalnız sənətlə məşğul olsunlar və Mehriban Xanlarova təcili teatra qaytarılsın”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa