Türkiyə yaxın 6 ay ərzində Ermənistanla quru sərhədini aça bilər

media-hightechnic-468x90

“Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir”.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Cənubi Qafqazda ticarətin bərpa edilməsinə töhfə verəcək.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.

Bu ilin oktyabrında Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədin açılmasının zaman məsələsi olduğunu bildirmişdi. Onun sözlərinə görə, hazırda Ermənistan-Türkiyə sərhədinin açılması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması üçün heç bir ciddi maneə yoxdur./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa