Repetitorların əməyi məktəbin ayağına YAZILIR: "Elm və Təhsil Nazirliyi bu prosesdən narahat deyil" - VİDEO

media-hightechnic-468x90

“Azərbaycanda məktəb təhsili o qədər zəifləyib ki, şagirdlər imtahanda uğur qazanmaq üçün məcburi şəkildə repetitorlara üz tutur”.

Bunu Yenicag.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, Azərbaycanda repetitorluq sistemi o qədər geniş yayılıb ki, ali məktəblərə qəbul olan hər 100 şagirddən 100-ü də özəl müəllim yanına gedir:

“Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Elm və Təhsil Nazirliyi bu prosesdən narahat deyil, çünki şagirdlərin hazırlıqda əldə etdiyi nəticələr məktəblərin adına yazılır. Məktəb direktorları da bəzi hallarda şagirdləri hazırlığa getməyə buraxmaq üçün 1500–5000 manat arası vəsait tələb edir”.

O, repetitorluğun geniş yayılmasına səbəb olan əsas amillərdən birinin də Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmi olduğunu deyib:

“Mart–aprel aylarında keçirilən buraxılış imtahanları tədris ili tam başa çatmadan təşkil olunduğu üçün proqramın bir hissəsi keçilməmiş qalır. Bu isə şagirdləri mövzuları tam mənimsəmək üçün repetitorlara üz tutmağa məcbur edir. DİM-in qəbul imtahanı materialları məktəbdə keçirilən dərslərlə mövzu baxımından uyğun olsa da, genişlik baxımından fərqlənir. Nəticədə məktəbdə dərslərini əla oxuyan şagird belə, hazırlığa getmədən yüksək nəticə əldə edə bilmir”.

Ətraflı videomaterialda:

Samir Məcid

Səxavət Əliyev

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa