Tələbələrə vəd edilən GÜZƏŞTLƏR: "Müsbət nəticə əldə olunmadığı üçün..."

media-hightechnic-468x90

”Hazırda müsbət nəticə əldə olunmadığı üçün tələbələrdə də bir narazılıq formalaşıb”.

Bunu tələbələrə bir sıra güzəşətlərin tətbiq edilməsi məsələsi ilə bağlı fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, çatışmazlıqların aradan qaldırılması üçün qarşıdakı dövr ərzində müəyyən addımların atılması gözlənilir:

”Tələbə bilet kartlarının tələbələrə verilməsi onların ictimai nəqliyyatdan istifadəsini daha da əlçatan edəcəkdi. Eyni zamanda, güzəştlərin tətbiqi onların sosial durumuna təsir göstərəcəkdi.

Bilirsiniz, bu prosesin həyata keçirilməsi məhdud sayda ali təhsil müəssisələrində pilot layihə olaraq tətbiq olunmağa başlanıldı. Effektivliyi yoxlanıldıqdan sonra müvafiq qərar qəbul olunacaqdı. Hazırda müsbət nəticə əldə olunmadığı üçün tələbələrdə də bir narazılıq formalaşıb.

Çatışmazlıqlarn aradan qaldırılması üçün, yəqin ki, qarşıdakı dövr ərzində müəyyən addımlar atılacaq. Bu prosesin həyata keçirilməsi üçün Təhsilin İnkişaf Fondu tərəfindən müəyyən işlər görülürdü. Düşünürəm ki, növbəti ildən etibarən bəzi çatışmayan elementlərə diqqət ayrıldıqdan sonra, ola bilsin ki, artıq istifadəsinə icazə verilsin”.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa