Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Əsədovdan yeni QƏRAR

Nazirlər Kabineti Milli məkan məlumatlarının Siyahısını və Təsnifatını təsdiq edib.

Yenicag.az xəbər verir ki, qərarda dəyişikliklər “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.

Milli məkan məlumatlarının Siyahısı və Təsnifatı

Sıra

№-si

Məlumatların təsnifatı Məlumatların siyahısı
1
Koordinat istinad sistemləri Məkan məlumatlarını məkanla əlaqələndirən koordinatlar və (və ya) şaquli və üfüqi geodezik əlaqəyə əsaslanan en, uzunluq məlumatları, yer səthinin dəniz səviyyəsinə görə şaquli ölçülən mövqeyi və batimetrik məlumatlar (Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində (AzPOS) olan məlumatlar da daxildir)
Daşınmaz əmlakın kadastrı Torpaq sahələri, yerin təki sahələri, ayrıca su obyektləri (sututarlar), çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış binaları, qurğular, fərdi yaşayış və bağ evləri, yardımçı tikililər, meşələr və çoxillik əkmələr, əmlak kompleksləri barədə məlumatlar (o cümlədən mülkiyyət növü)
Yer səthinin dəqiq coğrafi istinadı olan aerofoto və peyk çəkilişləri
Təyyarə, peyk və pilotsuz uçuş aparatı vasitələrindən əldə olunmuş stereoskopik çəkilişlər, lidar və (və ya) interferometrik radar təsvirləri əsasında hazırlanmış ərazinin yüksəklik modeli
Nəqliyyat şəbəkələri Nəqliyyat yolları şəbəkəsi (avtomobil, hava, su və dəmir yolları şəbəkəsi və infrastrukturu) barədə məlumatlar
Hidroqrafik şəbəkənin elementləri, dəniz sahələri və bütün digər su obyektləri, o cümlədən su kanalları, su anbarları, göllər, arxlar, drenajlar, dukerlər və çay hövzələri barədə məlumatlar, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin xüsusi mühafizə zonası və fiziki vəziyyəti (axınlar, duzluluq, dövrlər üzrə dalğaların hündürlüyü və suyun temperaturu) barədə məlumatlar
1
İnzibati vahidlər Dövlət sərhədlərinin, ərazi vahidlərinin (inzibati ərazi vahidlərinin, inzibati ərazi dairələrinin), bələdiyyələrin, iqtisadi vahidlərin (o cümlədən azad iqtisadi zonalar) sərhədləri barədə məlumatlar
Daşınmaz əmlak obyektinin coğrafi koordinantları, poçt indeksi, yol/küçə adı və nömrəsinə görə təyin olunması barədə məlumatlar toplusu
Torpağın təyinatı, kateqoriyası, mülkiyyət növü, alt qatlarının geomorfologiyası, yataqları, süxurları, çöküntüləri, qüsurları, dməlumatlar
Yerin mənşəyi, formalaşma tarixi, tərkibi, quruluşu, xüsusiyyətləri və proseslərinə dair coğrafi istinad məlumatları (quruda və dənizdə)
Ərazi və ərazidən istifadə Kənd təsərrüfatı sahələri, meşələr, çəmənliklər, səhralar, yarımsəhralar, bataqlıqlar və su obyektləri daxil olmaqla ərazi barədə, ərazinin səthi və bioloji örtüyü, eləcə də ərazinin cari və gələcək üçün gözlənilən vəziyyəti və ümumi sosial-iqtisadi əhəmiyyəti (məsələn, məskunlaşma, sənaye, ticarət, kənd təsərrüfatı, meşə, turizm, rekreasiya) barədə məlumatlar
Ekoloji vəziyyət və biomüxtəliflik Ekoloji vəziyyət, ətraf mühitin monitorinqi barədə məlumatlar, o cümlədən ətraf mühitə tullantıların atılmasının, karbon qazının buraxılmasının və ekosistem dəyişikliklərinin müəyyən edilməsi və izlənilməsi barədə məlumatlar,flora və fauna, təbii fəlakət riski olan zonalar barədə məlumatlar
Atmosfer şəraiti və meteoroloji xüsusiyyətlər Temperatur, yağıntı, külək, küləyin sürəti, rütubətlilik və atmosfer təzyiqi ilə əlaqədar atmosferin müəyyən bir məkan və zaman üzrə vəziyyəti barədə məlumatlar
Enerji və mineral ehtiyatlar Enerji və mineral
İstehsal, sənaye və kənd təsərrüfatı obyektləri Sənaye, istehsal, kənd təsərrüfatı müəssisələri və onların iqtisadi göstəriciləri barədə məlumatlar
ühəndis-kommunikasiya təminatı sistemi Telekommunikasiya, enerji, təbii qaz, su, kanalizasiya kimi resurslar, eləcə də kommunal xətlər və boru kəmərləri barədə məlumatlar (o cümlədən, resurs növlərinə uyğun olaraq onların istehsalı, daşınması, paylanması və sərfiyyatı)
1
Sosial obyektlər Təhsil, səhiyyə, mədəniyyət və digər sosial infrastruktur obyektləri, tarix və mədəniyyət abidələri, ictimai əhəmiyyətli ərazilər və obyektlər barədə məlumatlar
Turizm və rekreasiya Turizm və rekreasiya zonaları, ictimai iaşə obyektləri, mehmanxana, kempinq, turist bazası və ya digər bu kimi obyektlər, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri, turizm marşrutları barədə məlumatlar
Əhalinin bölgüsü və demoqrafiya Əhalinin yaşayış məntəqələrinə görə yerləşmə vəziyyəti, yaşayış məntəqələrinin ekoloji şəraiti, yaşayış üçün əlverişliliyi barədə məlumatlar
Əhali tərəfindən istifadəsi qadağan olunan və istifadəsi məhdudlaşdırılan ərazilər Daxili və beynəlxalq qanunvericilik aktları əsasında əhali tərəfindən istifadəsi qadağan olunan və istifadəsi məhdudlaşdırılan ərazilər (məsələn, istehsal və məişət tullantılarının idarə olunması ilə əlaqəli ərazilər, faydalı qazıntıların geoloji kəşfiyyatının aparıldığı və hasil edildiyi ərazilər, su obyektlərinin mühafizəsi zonaları, zərərli kimyəvi maddələrlə çirklənmiş ərazilər, vibrasiya və səs-küy çirklənməsinə məruz qalan ərazilər, ərazi sularında və daxili sularda üzmə vasitələrinin keçidi üçün nəzərdə tutulmuş xüsusi ərazilər, sahilboyu zolaq barədə məlumatlar

www.yenicag.az

3621
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM