Əsgər yoldaşlarını güllələdi-Video

media-hightechnic-468x90

99757thj2Türkiyənin İzmir şəhərində hərbi xidmətdə olan əsgərin güllələdiyi hərbçinin kimliyi bəlli olub.

Bu haqda məlumatı “İhlas Haber” agentliyi yayıb.

Məlumata görə, ölən əsgərin soyadı Hakan Ertürkdür. Onun Karsdan olduğu da təsdiqlənib. Hazırda Hakanın ailəsi onun cənazəsini götürmək üçün İzmir şəhərinə yollanıb.

Yaralının və qətli törədən əsgərin kimlikləri haqda isə məlumat verilmir.

***
Türkiyənin İzmir şəhərində xidmət edən bir əsgər mübahisə zəminində tapança ilə 2 yoldaşını güllələyib.

Hadisə İzmir Ana Jet Komandanlığında baş verib.
Yaralı əsgərlər təcili olaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onlardan biri dünyasını dəyişib.

Qatil əsgər yoldaşları tərəfindən zərərsizləşdirilib.

Onun nəzarətdə olduğu deyilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600