Nazirliklə deputatın rəhbəri olduğu zavod arasında 21 MİLYONLUQ MÜQAVİLƏ

media-hightechnic-468x90

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə satınalma müqaviləsi imzalayıb.

media-banner_tuq

Yenicag.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, müqavilədə MAZ 6312 C5 (6*4) markalı tullantı daşıyan avtomobillərin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 21 462 500 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Nazirliyin neçə ədəd nəqliyyat vasitəsi alacağı məlum deyil.

“Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. Müstəqilliyin ilk illərində zavod fəaliyyətini dayandırıb. 1995-ci ildə vergi qeydiyyatına alınıb, 2004-cü ildə zavodun fəaliyyəti yenidən bərpa edilib, . Açıq mənbələrdə zavodun nizamnamə kapitalı haqqında məlumat yoxdur. Qurumun direktoru Amin Allahverdi oğlu Əliyevdir. Müşahidə Şurasının sədri isə Xanlar Fətiyevdir. X.Fətiyev həm də deputatdır. O, parlamentdə 98 saylı Bərdə-Tərtər seçki dairəsini təmsil edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05