BƏƏ-də yaşı 15-dən az olan şəxslərə sosial şəbəkələr qadağan edildi

media-hightechnic-468x90

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti 15 yaşından kiçik şəxslərin sosial şəbəkələrdə hesab yaratmasını və bu platformalardan istifadəsini qadağan edən qərar qəbul edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə WAM informasiya agentliyi məlumat yayıb.

Sənədə əsasən, ölkədə sosial şəbəkələrdən istifadə üçün minimum hədd artıq 15 yaş müəyyən edilib. Hökumətin bəyanatında bildirilir ki, bu yaşa çatmayan uşaqlara sosial platformalarda şəxsi hesablar yaratmaq, onlardan istifadə etmək və ya idarə etmək qadağandır. Həmin şəxslər məzmun paylaşa, rəy yaza, habelə açıq qruplarda iştirak edə bilməyəcəklər. Sosial şəbəkələr qaydanı pozanların hesablarını aşkar edərək dərhal bloklamağa borcludur.

15-16 yaş arası yeniyetmələrə sosial şəbəkələrdən istifadəyə icazə verilsə də, onların hesablarına ciddi məhdudiyyətlər tətbiq ediləcək. Xüsusilə platformalar bu yaş qrupu üçün məzmunu süzgəcdən keçirməli, istifadə vaxtını məhdudlaşdırmalı və yad istifadəçilərlə əlaqə funksiyalarını deaktiv etməlidir. Bundan əlavə, sosial şəbəkələrə yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarından kommersiya məqsədləri üçün istifadə etmək və onlara hədəflənmiş reklamlar göstərmək qadağan olunur. Hökumət vurğulayıb ki, valideynlərin razılığı bu məhdudiyyətlərin ləğvi üçün əsas ola bilməz.

Yeni qaydalar sosial şəbəkələrdən rəqəmsal şəxsiyyət vəsiqələri və ya biometrik məlumatlar kimi istifadəçilərin yaşını yoxlayan etibarlı mexanizmlərin tətbiqini tələb edir. Platformalara fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmaq üçün 12 aya qədər keçid dövrü verilir. Qayda pozuntuları aşkarlandığı təqdirdə, BƏƏ rəhbərliyi sosial şəbəkəni ölkə ərazisində qismən və ya tam bloklaya, həmçinin inzibati cərimələr yaza bilər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05