Əsgərlər edam ediləcək
Nigeriyada əmrlərə tabe olmayan 4 əsgərin güllələnib edam ediləcəyi bildirilir.
Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, sözügedən əsgərlər Boko Haram qüvvələrinə qarşı döyüşməkdən imtina edib və mərkəzi hökumətə qarşı itaətsizlik göstəriblər. Qeyd edək ki, Boko Haram təşkilatı ölkənin şimal-şərqində fəaliyyət göstərir.
Belə ki, bir müddət əvvəl 16 əsgər, Boko Haram qüvvələrinin 276 qız şagirdi qaçırmasının qarşısını ala bilmədiyi üçün edam edilmişdi.
Digər tərəfdən 54 əsgər də analoji hal ilə qarşılaşmışdı.