Əsir əsgərlərimizlə bağlı BMT-yə müraciət edildi
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan Yenicag.az-a bildirilib ki, müraciətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı törədilən qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib:
“Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı məsələ ilk gündən Müvəkkilin diqqət mərkəzindədir və bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət artıq hazırlanıb”.