Əslən Qarabağdan olan türkiyəli şair vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan haqda çoxsaylı şeirlərin müəllifi, əslən Qarabağdan olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz Bülənt Bakilər 89 yaşında vəfat edib.

Yenicag.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat paylaşıb.

“Türk ədəbiyyatının ən nüfuzlu yazarlarından biri, ziyalı, dünyamızın sayılıb-seçilən simalarından biri olan Yavuz Bülənt Bakilərin vəfatını dərin hüznlə öyrəndik. Mərhuma Allahdan rəhmət diləyir, yaxınları və bütün ədəbiyyat dünyasına başsağlığı veririk”, – məlumatda qeyd olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da onun ölümü barədə “X” hesabında paylaşım edib:

“Yavuz Bülənt Bakilərin vəfatına dərin hüznlə kədərlənirəm. Allahdan Bakilərə rəhmət diləyir, ailəsinə, dostlarına və ədəbi ictimaiyyətə başsağlığı verirəm. Allah rəhmət eləsin məkanı cənnət olsun”.

Qeyd edək ki, mərhum şair “Azərbaycan ürəyimdə bir şah damardır”, “Qarabağ həsrəti kimi” unudulmaz şeirlərin müəllifidir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa