!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Estoniya rəsmisi Moskvadan qovuldu

!Reklam – Yazi

Rusiya Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşını ölkədən çıxarır.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Estoniyanın Rusiyadakı müvəqqəti işlər vəkili J. Vanamölder Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, – departament qeyd edib.

Bildirilir ki, Rusiyanın Tallinndəki səfirliyinin diplomatının persona non-qrata elan edilməsi ilə bağlı Estoniya diplomatik missiyasının rəhbərinə sərt etiraz bildirilib.

XİN əlavə edib ki, Estoniya tərəfinə onun düşmənçilik fəaliyyətinə hər zaman layiqli cavab veriləcəyi barədə məlumat verilib.

Xatırladaq ki, aprelin 1-də Estoniya prezidenti Alar Karis hüquqi yardım haqqında Estoniya-Rusiya sazişinə xitam verilməsi haqqında qanunu təsdiqləyib./unikal

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv