Ət bahalaşdı, diqqət su canlılarında: Ekspert balığın düzgün istifadə qaydasını izah etdi - VİDEO
“Artan tələbatla yanaşı, bazara keyfiyyətsiz, uzun müddət dondurulmuş və saxlanma qaydaları pozulmuş balıqların çıxarılması halları da müşahidə edilir”.
Bunu Yenicag.az-a açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev deyib.

Ekspert vətəndaşların balıq alarkən diqqət etməli olduğu məqamlardan danışıb.
A. Vəliyev bildirib ki, düzgün şəraitdə saxlanılmayan və köhnə balıq sağlamlıq üçün təhlükəlidir:
“Son aylarda mal ətinin qiymətinin bahalaşması əhalinin diqqətini balıq və toyuq məhsullarına yönəldib. Xüsusilə balığa olan tələbat nəzərəçarpacaq dərəcədə artıb. Qiymətlər mövsümə görə dəyişir, qış aylarında ov mövsümünün azalması qiymətlərin bahalaşmasına səbəb olur. Yerli hövzələrdən tutulan balıqlar 7–12 manat, xaricdən idxal olunanlar isə 15–30 manat arasında satılır”.
Ətraflı videomaterialda:
Samir Məcid












